kəllə suyu

a swill / hog-wash / dish-water бурда (о плохо приготовленной, невкусной жидкой еде или питье)
kəllə kəlləyə gəlmək
kəlləçarxa vurmaq
OBASTAN VİKİ
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Kəllə-paça
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.
Kəllə (Qəzvin)
Kəllə (fars. کلج‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1 624 nəfər (572 ailə) yaşayır.
Kəllə kapellası
Kəllə kapellası (pol. Kaplica Czaszek) rəsmi olaraq Müqəddəs Bartolomey kilsəsi (Kościół świętego Bartłomieja) — Kudova-Zdruy şəhərində yerləşən kütləvi məzarlıq olaraq 1776-cı ildə Qlas qraflığında inşa edilmiş ossuar ibadətgahdır. Polşadakı yeganə, Avropada altı ossuar ibadətgahından biridir. Kapella 1776-cı ildə çex mənşəli bir kilsə keşişi Vaclav Tomaşek tərəfindən Otuzillik müharibədə, Sileziya müharibəsində şəhid olanlar , həmçinin vəba, sifilis və aclıqdan ölənlər üçün dəfn yeri olaraq inşa edilmişdir. Buna nümunə olaraq Kapuçin rahiblərinin sümüklərinin dəfn olunduğu Santa Maria della Conzionie Roma kilsəsi oldu. On səkkiz il ərzində (1776-dan 1794-cü ilə qədər) Tomaşek sümükləri toplayıb təmizlədi və sonra kilsəyə yerləşdirdi. Tikinti yerli aristokrat Leopold von Leslie tərəfindən maliyyələşdirildi. Tikinti başa çatdıqdan qısa müddət sonra Ata Vaclav Tomaşek dünyasını dəyişdi. Hal-hazırda ildə bir dəfə (14-15 avqust gecəsi) kilsədə dəfn olunan insanlar, qəza və ya xəstəlik səbəbindən ölənlər yad edilir. Kilsədə üç min kəllə, eləcə də təməlində 21 min insanın sümükləri vardır.
Kəllə ovçusu
Kəllə ovçusu (ing. Bounty hunter) — pul mükafatına görə qaçaq cinayətkarların və fərarilərin axtarışı və tutulması ilə məşğul olan şəxs.
Kəllə piramidası
Kəllə piramidası (fr. Pyramide de Crânes) — Fransız boyakar Pol Sezannın məşhur natürmortlarından biridir. Əsər şəxsi kolleksiyaların birində saxlanılır.
Kəllə qapağı
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Kəllə sinirləri
Kəllə-beyin sinirləri (lat. nervi cranialis) - birbaşa kəllədən çıxan sinirlər. Kəllə (beyin) sinirləri beyin kötüyündən başlayırlar və miqdarı 12 cütdür. Rum rəqəmləri ilə nömrələnirlər və hər biri xüsusi ada malikdir. Kəllə sinirləri növbə ilə öndən dala doğru sayılır. Vəzifə etibarilə kəllə sinirləri üç qrupa bölünür: Hissi sinirlər lat. nn.sensorii, ya duyğu sinirləri (I, II və VIII cüt, yəni qoxu, görmə və dəhliz-ilbiz sinirləri) Hərəki sinirlər lat. nn. motorii (III, IV, VI, XI, və XII cüt, yəni gözün hərəki siniri, blok siniri, uzaqlaşdırıcı, əlavə və dilaltı sinirlər) Qarışıq sinirlər (V, VII, IX və X cüt, yəni üçlü, üz, dil-udlaq və azan sinirlər). Kəllə sinirlərinin bir qisminin (gözün hərəki sinirinin üz siniri ilə birləşmiş olan ara sinirin, dil-udlaq və azan sinirlərin) tərkibində parasimpatik və hərəki sinirlərin tərkibində simpatik liflər də vardır.
Kəllə əsası
Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir. Kəllənin daxili əsası — lat.
Artezian suyu
Artezian suyu (lat. Artesium Fransada yerləşən Artua əyalətinin adı ilə əlaqəlidir) — təzyiqli yeraltı sular.. XII əsrdə Avropada ilk dəfə olaraq fontan əl quyusu (buruq) burada qazılmış və ona artezian quyusu adı verilmişdir. Hələ Qədim Misirdə və Yunanıstanda 4 000 il öncə belə təzyiqli su quyuları mövcud olmuşdur. Çində Han sülaləsi dövründə (E.ə. 206—220)) dərinliyi 130 metri keçən təzyiqli su quyuları var idi. İlk dəfə buruq artezian quyusu Fransada 1126-cı ildə qazılmışdır Artezian suları qrunt sularından və laylararası sulardan çox fərqlənir: a) materiklərin yeraltı sularının əsas kütləsi artezian sularıdır; b) hər bir artezian hövzəsi müəyyən geoloji strukturda olur və yüzlərlə, minlərlə kilometr uzanır; b) qalın sulu qatlar suyadavamlı qatlar arasında yerləşir və basqılıdır — hər tərəfdən hidravilik təziqə məruz qalır; q) onlar nəyinki mövsümün havasından, hətta heç iqlimin çoxillik tərəddüdündən də asılı deyildir; f) dördüncü dövr çöküntülərindən qabaqkı çıküntülərdə, o cümlədən ən qədim çöküntülərdə yerləşir və d) kimyəvi tərkibinə görə müxtəlifdir Adətən, artezian hövzələri muldayaoxşar strukturlarda( layların nov şəklində çökməsi) formalaşır, lakin layların dissimmetrik monoklinal (bir tərəfə meyilli) yatımında da ola bilər; çox vaxt onlar müərəkkəb sistemli çatlarda və yarıqlarda yerləşir. Sulu artezian layları üstdən başdan-başa sukeçirməyən təbəqələrlə örtülüdür və yalnız strukturun kənarlarında atmosfer səthi suları ilə əlaqədardır. Hər artezian hövzəsində üç sahə: qidalanma, basqı və boşalma sahələri ayrılır. Qidalanma sahələri adətən tektonik qalxmış yerlərdə olur.
Atmosfer suyu
Dəniz suyu
Dəniz suyu — dəniz və okeandakı su. Dəniz suyunun duzluluğu 35 % təşkil edir, dəyişiklik 34–36 % arası ola bilər. Dəniz suyunun hər litrində 35 qram duz həll edilib (əsasən xlorid natri). Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq, suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluğa ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Okeanlarda suyun duzluluğu hər yerdə təqribən 35 ‰-ə yaxındır, ancaq dənizlərdə duzluluq bərabər paylanmayıb. Ən az duzluluq Fin körfəzidədir. Ən çox duzluluq isə Qırmızı dəniz və Aralıq dənizinin şərq hissəsindədir.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Şalğam suyu
Şalgam kələmkimilər fəsiləsinə aid bitki olan Şalgamdan hazırlanan Çukurova bölgəsinə xas bir içkidir. Adana, Mersin, Osmaniye kimi bir çox cənub bölgələrində geniş istifadə olunur. Qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri vardır. Acı şalgam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalgam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalgamla bərabər qara yerkökü də yeyilə bilər. Mayalanma dövründə daxil edilmiş bu qara yerkökülər şalğam suyunun içində qalırlar. Bunlara tane deyilir ( bu, bölgə dialektində belə səslənir, “ dənə” sözünün modifikasiyaya uğramış formasıdır). Şalgam adətən kababla içilir.
Şollar suyu
Şollar suyu— Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu. Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H. Z. Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alqı-satqısı üzrə əməliyyatlar aparmışdı. H. Z. Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi. H. Z. Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H. Z. Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir. 1878-ci ildə Bakıda "Şəhər Əsasnaməsi"nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi.
Maçahel Suyu
Maçahel suyu( მაჭახელისწყალი , Mač'axelisc'q'ali ) — Türkiyənin Artvin vilayətindən başlayan və Gürcüstanın Acarıstan Muxtar Respublikasına axan çaydır. Əsas qolları Uğur-Maral və Efeler çaylarıdır. Çay, Gürcüstan sərhəddində Çoruh çayına qarışır. Onun ümumi uzunluğu 37 kilometrdir. Onun hövzəsi 369 km²-dir. Axın sürəti 20,8 m³/s təşkil edir. Maçaheli çayı vadisinin yuxarı hissəsində mövcud olan 6 kənd, Türkiyənin sərhədləri daxilində yerləşmişdir. Mərkəzi yaşayış məntəqəsi Camili (Hertvisi). Bu bölgə, arıçılıq və keyfiyyətli balı ilə Türkiyədə məşhurdur. Acarıstan tərəfdə 12 kənd mövcuddur.
Həsənabad-i Kəllə
Həsənabad-i Kəllə (fars. حسن‌آباد کلج‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 2,506 nəfər yaşayır (794 ailə).
Kəllə-beyin zədələnməsi
Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb — çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün hospitalizə olunmalı və daimi nəzarətə götürülməlidir. Adından göründüyü kimi nəqliyyat və iş qəzaları, idman travmaları nəticəsində kəllənin almış olduğu zədələr nəticəsində baş verir. Kəllə-beyin zədələnməsinin ağırlıq dərəcəsi Qlasqo-Koma şkalası üzrə təyin edilir. < 4 bal = 85% dəyişkən vegetativ status < 8 bal = ağır beyin funksional pozğunluq > 11 bal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq Beyin silkələnməsi — bu zaman beyinin funksiyasına təsir edəbiləcək pozğunluq aşkar edilmir. Meydana çıxmış simptomlar bir neçə gün ərzində itib getmiş olurlar. Beyin zədələnməsi: yüngül, orta və ağır dərəcəli olur.
Kəllə sümüklərinin sınıqları
Kəllə sümüklərinin sınıqları — açıq və qapalı sınıqlara ayırd edilərək, bütün bədəndə olan sümük sınıqları ilə müqaisədə ən qorxulu sınıqlara aiddir. Avtomobil, istehsalat qəzası, bərk, güclü zərbə, hündürdən yıxıldıqda, yaxud müxtəlif səbəbli fövqəladə hallar və s. kəllə sümüklərinin sınmasına səbəb ola bilər. Kəllənin açıq sınıqlarının əlamətləri: ağrılı yara; qanaxma; bayıra çıxan sümük fraqmentləri; bəzən beyin toxumasının görünməsi; çox vaxt xəstədə şüurun itməsi olur. Qapalı sınıqlarının əlamətləri: ağrı; şişkinlik; qançır; şüurun pozulması; bəzən qusma; qeyri iradi diurez (sidiyəgetmə); kəllənin əsasının sınmasında isə burundan və qulaqlardan qanın və beyin mayesinin (likvorun) axması özünü büruzə verir. Fərqləndirici əlamətlərdən biri "eynək əlaməti" (gözlərin ətrafında qansızmalar) zədələnmədən bir neçə saat sonra əmələ gəlir. Zədələnmiş üfiqi vəziyyətdə başı mütləq yana çevrilmiş vəziyyətdə olmalıdır (Qəflətən baş vermiş qusma zamanı dilin qatlanmasına qarşı profilaktik tədbirdir). Başın altına dairə formasında kiçik balış qoyulur, o olmadıqda dəsmalı və ya hər hansı bir parçanı "bubliq" formasında düzəldib xəstənin başının altına qoyurlar. Başda yara olduqda onu antiseptik dərmanlar ilə təmizləyib steril sarğı qoyurlar. Yaradan çıxan sümük fraqmentlərinə dəymək, təsir etmək olmaz.
Kəllə vurma (heykəl)
Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb və hündürlüyü 5 metrdir. Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur. Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu. Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib. Daha sonra heykəl Qətərə gətirilib. Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb.
Kəllə və Sümüklər
Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir. Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsa da, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər.
Süni kəllə deformasiyası
Süni kəllə deformasiyası insan kəlləsinin məqsədli şəkildə deformasiyaya uğradıldığı bədən modifikasiyasıdır. Bu uşaq kəlləsinə qüvvə ilə təsir edərək onun normal böyüməsinin qarşısını almaqla edilir. Yastı, uzadılmış (iki odun arasında bağlanaraq), yuvarlaqlaşdırılmış (parçada bağlanaraq) və konus formasında olur. Əsasən, bu əməliyyat uşaq üzərində aparılır. Çünki bu vaxt kəllə elastik olur. Başın bağlanması təqribən doğumdan bir ay sonra başlayır və təqribən 6 ay davam edir. Məqsədli şəkildə edilən kəllə deformasiyası coğrafi mövqeylərinə və mövcud olduqları dövrlərə görə fərqlənən bir çox mədəniyyətlərdə təcrübədən keçirilib və bu təcrübə hələ də Vanuatu kimi bəzi yerlərdə müşahidə edilir. Məqsədli şəkildə edilən insan kəlləsi deformasiyasının yazılı tarixdən əvvəl mövcud olduğu fikirləşilir. İlk nümunələrə İraqdakı Şanidar mağarasından olan ön Neolit Homo sapiens (eramızdan əvvəl IX minillik) tərkib hissəsi daxildir və həmçinin Cənub-qərbi Asiyadakı neolit insanları arasında da müşahidə edilib.. İlk əvvəl Şanidar mağarasının neandertal tərkib hissəsində tapılmış neandertal kəllələrinin on min illərcə edilən təcrübələrin ən qədimi olduğu və süni şəkildə formasının dəyişdirildiyi fikirləşilirdi, ancaq daha sonra bunun doğru olmadığı sübut edildi.
Dirilik Suyu (1991)